USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bazarlarda pomidor ucuzlaşır? - Rusiya geri qaytardı

19.07.2023 İqtisadiyyat
29 15
“Rusiyaya ixrac edilən pomidor hələ indi açıq sahələrdə yetişdirilir. İndiyənə qədər isə istixana şəraitində yetişdirilirdi. İstixanada yetişdirilən pomidorlara isə Cənubi Amerika güvəsinin düşməsi qeyri-mümkündür”.

Kommersant.az xəbər verir ki, bu sözləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Rusiyanın Azərbaycandan idxal olunan pomidora qoyduöu qadağası haqqında danışarkən deyib.

İqtisadçı deyir ki, da o ehtimalı gücləndiri ki, burda həm də siyasi maraqlar da ola bilər:

Ona görə hesab edirəm ki, burda siyasi məsələ də ola bilər, bu ehtimal olunandır. Yəni bu mümkündür ki, heç bir xəstəlik Azərbaycan pomidorunda olmasın, amma bunun ardı gəlsə, davamlı olaraq bu qaytarılsa, təsdiqləyəcək ki, bu, siyasi sifarişdir”.

Akif Nəsirlinin sözlərinə görə, Rusiya tərəfinin iddia etdiyi xəstəliyə yoluxmuş pomidorların Azərbaycana daxil olması və Azərbaycan bazarlarına ayaq açması yolverilməzdir:

“Azərbaycan hökuməti həmin pomidorları almalı və zərərsizləşdirməlidir. Həmin məhsul məhv edilməyə də bilər. Həmin güvələr müəyyən qaydada zərərsizləşdirilə bilər. Çox güman ki, heç o güvələr də zərəsizləşdirilməyəcək və birbaşa bazarlara çıxarılacaq və bu da bazarlarda pomidorların qiymətində ucuzlaşma yarada bilər”.

Ekspert əlavə edir ki, ola bilər ki, həmin 16 ton pomidor Azərbaycana gələnə qədər xarab da olsun. Azərbaycan bazarına daxil ola bilməsin:

“Sadəcə Rusiya bunu əsas götürərək idxalı məhdudlaşdıra bilər. Bu məhdudlaşmada Azərbaycanın daxili bazarında pomidorun ucuzlaşmasına gətirb çıxaracaq”.

  • Əvvəlki

    Azərbaycanda da ƏDV faizləri artırılsın?

Digər xəbərlər