USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çində son 2 ilin ilk deflyasiyası olub

09.08.2023 İqtisadiyyat
16 0
Çinin istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) iyul ayında iki ildən artıq müddətdə ilk dəfə olaraq illik müqayisədə (ötən ilin iyul ayı ilə) 0,3 faiz azalıb (deflyasiya baş verib). İyunda qiymətlər illik müqayisədə dəyişməmişdi.

İqtisadçılar iyul ayında istehlak qiymətləri indeksinin ötən ilin eyni ayı ilə müqayisədə 0,4 faiz azalacağını gözləyirdilər.

İndeks aylıq müqayisədə isə 0,2 faiz artıb. Proqnoz 0,1% azalma idi. Qiymətlər iyunda aylıq müqayisədə 0,2 faiz azalmışdı.

İstehsalçı qiymətləri indeksi illik müqayisədə 4,4 faiz azalaraq iqtisadçıların gözlədiyi 4,1 faizdən çox olub. İndeks iyun ayında illk 5,4 faiz azalmışdı.

Açıqlamadan sonra ofşor yuan dollara nisbətdə bir qədər möhkəmlənərək 7,2257 səviyyəsində ticarət edilib.

  • Əvvəlki

    Avropada təbii qazın qiyməti 350 dolları ötüb

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0