Yaponiyada Topix indeksi son 33 ilin ən yüksək səviyyəsinə çatıb.
Topix bu gün 0,9 faiz bahalaşaraq 1990-cı ilin iyul ayından bəri ilk dəfə 2353,87 bənd təşkil edib. Hazırda o, 0,81 faiz artımla 2351 bal səviyyəsindədir.
Nikkei 225 indeksi də 0,62% artaraq 32820,80 bənd təşkil edib.
Analitiklər bildirirlər ki, investorları xüsusilə yüksək dividend gəlirli səhmlər cəlb edir.
Səhmləri 3,29 faiz bahalaşan Sony və 1,8 faiz bahalaşan Mitsubishi UFJ Topix indeksinin yüksəlməsinə ən böyük töhfəni verib.