USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Apple çip tədarükünə daha üç il zəmanət verir

11.09.2023 İqtisadiyyat
0 0
ABŞ-ın çip istehsalçısı Qualcomm, 2026-cı ilə qədər Apple smartfonları üçün 5G çiplərinin tədarükü barədə razılığa gəldiyini açıqladı.

Qualcomm tərəfindən edilən açıqlamada, 2024, 2025 və 2026-cı illərdə satışa çıxarılacaq smartfonlar üçün 5G çip sistemlərinin tədarükü üçün Apple ilə müqavilə imzalandığı bildirilib.

Sözügedən müqavilənin Apple ilə əvvəlki razılaşma ilə oxşar şərtlərə malik olduğunu xatırladaraq, razılaşmanın Qualcomm-un 5G texnologiyaları və məhsullarında davamlı liderlik mövzusunda keçmiş performansını gücləndirdiyi vurğulanıb.

Qualcomm-un 2019-cu ildə Apple ilə imzaladığı çip tədarükü müqaviləsi bu il başa çatırıb.