USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FED-in ağrısız şəkildə 2%-lik inflyasiyaya nail olması çox çətindir

12.09.2023 İqtisadiyyat
0 0
Harvard iqtisadiyyat professoru və keçmiş FED idarə heyətinin üzvü Jeremy Stein, FED-in məşğulluq bazarında real ağrılar yaşamadan inflyasiyanı hədəflənmiş 2 faizə endirməsinin çox çətin olduğunu söyləyib.

Sabah ABŞ-da açıqlanacaq inflyasiya məlumatları öncəsi ABŞ Federal Ehtiyat Sisteminin (FED) inflyasiyanı indiki 3,2 faiz səviyyəsindən 2 faiz hədəfinə necə endirəcəyi müzakirə olunarkən, Harvard iqtisadiyyat professoru və keçmiş FED idarə heyətinin üzvü Jeremy Stein bu hədəfə çatmağın asan olmayacağını bildirdi. ECONOMY qəzetinə danışan Stein, məşğulluq bazarında real ağrı yaşamadan inflyasiyanın hədəflənmiş 2 faizə endirilməsinin çox çətin olduğunu bildirib.

İndiyə qədər inflyasiya ilə bağlı xəbərlərin böyük ölçüdə yaxşı olduğunu ifadə edən Stein, bunun əhəmiyyətli səbəbinin müxtəlif təklif yönlü təzyiqlərin azalması olduğunu, FED-in sərt pul siyasətinin məşğulluq bazarında da təsirli olduğunu, ancaq məşğulluq tərəfində olduğunu söyləyib.

Yüksək inflyasiyanın bir çox cəhətdən xərcləri olduğunu vurğulayan Stein, bunun nisbi qiymətləri təhrif etdiyini, sabit maaşları aşındırdığını və sərvəti borc verənlərdən borcalanlara özbaşına şəkildə yenidən bölüşdürdüyünü söylədi. Stein əlavə edib ki, bu vəziyyət bir ölkənin ictimai və siyasi quruluşuna da böyük təzyiq göstərir.

Tənəzzül ehtimalının bir neçə ay əvvəl olduğundan açıq şəkildə aşağı olduğuna inandığını ifadə edən Stein, "Ancaq bəzi risklər şübhəsiz olaraq qalmaqdadır" dedi.

  • Əvvəlki

    Çinin artım proqnozları azalıb

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0