USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Eldar Əzizov Kollektivə təqdim olundu

17.07.2018 İqtisadiyyat
0 0
Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunan Eldar Əzizov bu gün kollektivə təqdim olunub.

E. Əzizovu kollektivə Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi, şöbə müdiri Zeynal Nağdəliyev təqdim edib.

Tədbirdə şəhər icra hakimiyyətinin kollektivindən başqa Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin başçıları, Bakı şəhər Baş Polis İdarəsinin rəisi və Bakı şəhər prokuroru iştirak edib.

ELDAR ƏZİZOBU O ƏVƏZ EDİR

Xəbər verdiyimiz kimi, Bakının Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova dünən yeni vəzifə verilib. Prezidentin sərəncamı ilə o, Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Digər sərəncamla Eldar Əzizov Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini təyin olunub.

Hazırda BŞİH-nin başçısı postu boş olduğu üçün E.Əzizov birinci müavin kimi həm də şəhər meri səlahiyyətini icra edəcək.

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov bu ilin aprelində Baş nazirin müavini vəzifəsinə aparılıb.

Bəs Eldar Əzizovu Səbaildə kim əvəz edir? Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, icra başçısının səlahiyyətlərini başçının müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Abit Əliyev həyata keçirir.

Keçmiş icra başçısı E. Əzizov isə bu gün Səbail İH-nə gələrək kollektivlə vidalaşıb.

Qafqazinfo

  • Əvvəlki

    Azərbaycana yük maşınlarının idxalı 2 dəfə artıb

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0