USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə Avropanın enerji təchizatında əsas rol oynayacaq

04.10.2023 İqtisadiyyat
0 0
Türkiyə 4 ölkə ilə bağladığı təbii qaz ixracı müqavilələri ilə qaz mərkəzi olma yolunu açarkən, Avropanın enerji təchizatında da mühüm rol oynamağa hazırlaşır. Mütəxəssislər bildiriblər ki, Türkiyə Avropanın qaz ehtiyacına ən tez cavab verə biləcək ölkədir.

Türkiyə il ərzində 4 ölkə ilə təbii qaz ixracı müqaviləsi imzalayıb. Belə ki, Türkiyə son vaxtlar imzaladığı təbii qaz ixracı müqavilələri ilə qaz qovşağına çevrilməyə yol açarkən, həm də Avropanın enerji təchizatında əsas rol oynamağa hazırlaşır.

Hazırda boru kəmərləri ilə Yunanıstana qaz nəql edən Türkiyə bu il Avropanın 4 ölkəsi ilə təbii qaz ixracı müqaviləsi imzalayıb. Türkiyə bu ilin ilk təbii qaz ixracat müqaviləsini yanvar ayında Bolqarıstanla bağladı. Türkiyədən Bolqarıstana 13 il müddətinə illik 1,5 milyard kubmetr təbii qaz ixracını əhatə edən müqavilə imzalanıb.

Daha sonra Macarıstanla 275 milyon kubmetr qaz ixracı imzalanıb. Rumıniya ilə üçüncü qaz ixracı müqaviləsini imzalayan Türkiyə Rumıniyaya gündəlik 4 milyon kubmetr qaz ixrac edəcək. Moldova ilə ilin dördüncü təbii qaz ixrac müqaviləsini imzalayan Türkiyə bu ölkəyə gündəlik 2 milyon kubmetr təbii qaz ixrac edəcək.