Muğan və Qarasu stansiyalarında yeni yoldəyişənlər quraşdırılır

18.07.2018 İqtisadiyyat
"Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur".

"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, hazırda Muğan və Qarasu stansiyalarında 6 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir. İlk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 180 yoldəyişən yenisi ilə əvəz olunub.