USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Asiya fond bazarları qarışıq idi

20.11.2023 İqtisadiyyat
0 0
Həftənin ilk ticarət günündə Asiya bazarları qarışıq kurs izlədi.

Analitiklər bildiriblər ki, qlobal səhm bazarlarında ABŞ Federal Ehtiyat Sisteminin (FED) şahin addımlarını sona çatdırması ilə bağlı gözləntilər yeni həftədə aktiv qiymətlərinə təsir edir.

Yaponiyada Nikkei 225 indeksi son 33 ilin zirvəsini sınaqdan keçirdikdən sonra artan mənfəət satışları ilə qazanclarını geri qaytarıb.

Çin Mərkəzi Bankı (PBoC) 1 və 5 illik borc faizlərini müvafiq olaraq yüzdə 3,45 və 4,20 olaraq sabit saxlasa da, ölkə iqtisadiyyatı ilə bağlı davam edən narahatlıqlar birjalardakı yüksəlişi zəiflətməyə davam edir.

Cənubi Koreyada Kospi indeksi 1,04 faiz artaraq 2495 bənd, Çində Şanxay kompozit indeksi isə 0,4 faiz artaraq 3070 bənd olub.

Hindistanda Sensex indeksi 0,3 faiz azalma ilə 65 570 bənd, Honq Konqda Hang Seng indeksi isə 1,7 faiz artımla 17 750 bənddir.

  • Əvvəlki

    Çin Xalq Bankı faiz dərəcələrini dəyişməz saxlayıb

Digər xəbərlər

07.12.2023 İqtisadiyyat
Lirənin bu günə olan - MƏZƏNNƏSİ
0 0
07.12.2023 İqtisadiyyat
Neftimiz ucuzlaşdı
0 0