USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şakira 'vergidən yayınma' iddialarını etiraf edib

20.11.2023 İqtisadiyyat
0 0
Kolumbiyalı müğənni Şakira İspaniyada vergidən yayınma iddiası ilə bağlı ittihamları qəbul edib. ​

Barselona Əyalət Məhkəməsində bu gün başlayan məhkəməyə gələn Şakiranı izdihamlı mətbuat qrupu izləyib.

Məhkəmə mənbələrindən əldə edilən məlumata görə, İspaniyada yaşadığı dövrlə əlaqədar 2012-2014-cü illər arasında 6 müxtəlif cinayətə görə Maliyyə Nazirliyindən 14,5 milyon avro vergidən yayınmaqda günahlandırılan Şakiranın razılaşdığı bildirilib. 2,9 milyon avro cərimə ödəməyə razıdır.

Normal şəraitdə 117 nəfərin şahid qismində cəlb olunduğu işin 12 iclas davam edəcəyi gözlənilirdi.

Gəlirlərini başqa ölkələrə keçirib

“Barselona”nın keçmiş futbolçusu Gerard Pike ilə birlikdə bir müddət Barselonada yaşayan Şakira ölkə qanunlarına görə 183 gündən çox burada yaşadığı üçün vergi ödəyicisi olub.