USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-da kriptovalyuta birjası Kraken-ə qarşı məhkəmə iddiası

21.11.2023 İqtisadiyyat
0 0
ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) kriptovalyuta birjası Kraken-i qeydiyyatsız fəaliyyət göstərdiyinə görə məhkəməyə verib.

SEC-dən verilən açıqlamada Krakenin qeydiyyatsız fəaliyyət göstərməkdə günahlandırıldığı bildirilib.

Açıqlamada deyilir ki, SEC, Qiymətli Kağızlar Mübadiləsi Qanununun qeydiyyat müddəalarını pozduğu üçün Krakenə qarşı San-Fransisko federal dairə məhkəməsində iddia qaldırıb.

O, yüz milyonlarla dollar qazanıb

Açıqlamada Krakenin 2018-ci ilin sentyabr ayından etibarən kripto varlıqların alqı-satqısına qeyri-qanuni imkan yaradaraq yüz milyonlarla dollar qazandığı və kriptovalyuta birjasının investorları qeydiyyatdan keçməyərək, SEC tərəfindən müayinə kimi mühüm müdafiələrdən məhrum etdiyi bildirilib.

Açıqlamada deyilir ki, Kraken-in təcrübələri, natamam daxili nəzarət və pis uçot təcrübəsi müştərilər üçün bir sıra risklər yaradır.

SEC iyun ayında əsas kriptovalyuta birjaları Binance və Coinbase-ə qarşı oxşar iddialar qaldırmışdı.