USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İqtisadiyyat OECD ərazisində 0,5 faiz artıb

21.11.2023 İqtisadiyyat
0 0
İƏİT ölkələrində Ümumi Daxili Məhsul (ÜDM) bu ilin üçüncü rübündə 0,5 faiz artıb. ​

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) açıqladığı ilkin məlumatlara görə, G7 ölkələrində ikinci rübdə yüzdə 0,2 olan artım üçüncü rübdə yüzdə 0,6-ya yüksəlib. Bu artımda ABŞ iqtisadiyyatında artımın sürətlənməsi təsirli olub.

G7 ölkələri arasında Kanada, İtaliya və Böyük Britaniyanın iqtisadiyyatı üçüncü rübdə inkişaf edə bilməyib. Fransada 0,1 faiz artım müşahidə olunub. Yaponiya və Almaniyada bu dövrdə iqtisadiyyat müvafiq olaraq 0,5 faiz və 0,1 faiz azalıb.

İstehlak artımı ABŞ iqtisadiyyatının böyüməsində təsirli olarkən, İngiltərədə özəl sektor və dövlət xərclərinin azalması böyümə performansına da yansıdı. İtaliyada daxili tələbin azalması və Almaniyada özəl xərclərin azalması artım performansına təsir göstərib.

Müvafiq məlumatların mövcud olduğu digər İƏİT ölkələri arasında üçüncü rübdə Polşa və Kosta-Rikada iqtisadi artım müvafiq olaraq 1,4 faiz və 1,3 faiz olmuşdur. Macarıstan və Meksika iqtisadiyyatı bu dövrdə 0,9 faiz artıb.

İrlandiya və Finlandiya müvafiq olaraq 1,8 faiz və 0,9 faiz iqtisadi daralma müşahidə edən ölkələr olub.

Avrozona iqtisadiyyatı üçüncü rübdə 0,1 faiz kiçildi.

Belə ki, İƏİT ölkələrində iqtisadiyyat ilin ikinci rübündə olduğu kimi, bu ilin üçüncü rübündə də 0,5 faiz artıb.

OECD ölkələrində iqtisadi artım iki rüb ardıcıl olaraq 0,5 faiz olaraq qeydə alınıb.