USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ağdaşda zavod tikilir

18.07.2018 İqtisadiyyat
1 0
Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisində yeni asfalt-beton zavodu inşa olunur.

İstehsal gücü saatda 240 ton asfalt olacaq zavod "Asfalt Beton Zavod Körpü Bina Tikinti" MMC tərəfindən inşa olunur. Tam istehsal gücü şəraitində burada 100 nəfərdən çox işçi qüvvəsinin çalışacağı gözlənilir.

Artıq inşaat işlərinin yekunlaşmaq üzrə olduğu yeni istehsal obyekti ətraf ərazilərdə yol infrastrukturunun yaxşılaşmasına ciddi təsir göstərəcək.

Azərtac