USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitcoin 44 min dolları keçib

06.12.2023 İqtisadiyyat
0 0
Bitkoinin qiyməti 5 aprel 2022-ci ildən bəri ilk dəfə olaraq 44.000 dolları ötüb. ​

Son 24 saatda yüzdə 5-dən çox dəyər qazanan bitkoin 44 min dolları keçərək müsbət dinamikasını davam etdirir.

Bitcoin-in yüksəlişinin əsas amillərindən biri ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) tezliklə Bitcoin spot ETF-ni təsdiq edəcəyi ilə bağlı artan gözləntilərdir.

Bundan əlavə, ABŞ-da inflyasiyanın yavaşladığını göstərən məlumatlar FED-in faiz artımlarını tamamladığına dair proqnozları dəstəkləyir və bu da Bitcoinin bahalaşmasına səbəb olub.

Bitcoin 2021-ci ilin noyabrında 68 990 dollara yüksəlib.