USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Brent markalı neftin qiyməti 76 dollar/bareldən aşağı düşüb

06.12.2023 İqtisadiyyat
0 0
Brent markalı neftin qiyməti iyunun 6-dan bəri ilk dəfə bir barel üçün 76 dollardan aşağı düşüb.

Çərşənbə günü günortadan sonra dünya neft qiymətləri enişini orta hesabla 2%-ə qədər sürətləndirdi və ticarət məlumatlarına görə, Brent markalı neftin bir barelinin dəyəri iyulun 6-dan bəri ilk dəfə olaraq 76 dollardan aşağı düşüb.

Moskva vaxtı ilə saat 17.05-ə olan məlumata görə, Brent markalı neftin fevral fyuçerslərinin qiyməti iyulun əvvəlindən bəri ilk dəfə olaraq 1,81% azalaraq 75,8 dollar/barelə düşüb. WTI-ın yanvar fyuçersləri 2,18% azalaraq 70,74 dollar olub.