Britaniya Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli 31 nəfərə və müəssisəyə qarşı sanksiya tətbiq edib.
Britaniya Xarici İşlər Nazirliyinin çərşənbə günü verdiyi məlumata görə, Britaniya tərəfindən tətbiq edilən yeni anti-Rusiya sanksiyalarına Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli 31 fiziki və hüquqi şəxs daxildir:
“Bu gün sanksiyalara məruz qalanlar arasında Rusiya hərbi-sənaye kompleksi: pilotsuz təyyarələrin və raket hissələrinin inkişafı və istehsalı ilə, həmçinin əsas elektron komponentlərin idxalı və tədarükü ilə əlaqəli 31 fiziki və hüquqi şəxs var".