USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft qiymətləri aşağıdan bərpa olunur

07.12.2023 İqtisadiyyat
0 0
Dünənki əməliyyatlarda neftin qiyməti kəskin şəkildə azalaraq, təklifin çox olması ilə bağlı narahatlıqlar səbəbilə son 5 ayın ən aşağı səviyyəsinə çatdığı halda, bu gün aşağı səviyyələrdən çıxmağa çalışır.

Neft qiymətləri günə artımla başlayıb. ABŞ Enerji İnformasiya İdarəsi ölkədəki xam neft ehtiyatlarının keçən həftə təxminən 4 milyon 600 min barrel azalaraq 445 milyon barrelə çatdığını açıqladı. Bazar gözləntisi ehtiyatların 594 min barel artacağı idi. Brent markalı neftin bir barelinin qiyməti bu gün 10,09-da bağlanış vaxtı ilə müqayisədə 0,60 faiz artaraq 74,75 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 69,78 dollara satılıb.

Bildirilir ki, texniki baxımdan Brent nefti üçün 74,80-74,87 dollar aralığına müqavimət, 74,40-74,27 dollar aralığına isə dəstək zonası kimi baxmaq olar.

Ötən gün 77,65 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 74,30 dollarla başa vurub.