Avropada 30-dan çox media qurumu Google-a qarşı məhkəmə iddiası qaldıraraq şirkətdən 2,1 milyard avro təzminat tələb edib.
Avropada 30-dan çox media qurumu Google-a qarşı məhkəmə iddiası qaldıraraq şirkətdən 2,1 milyard avro təzminat tələb edib.
Avropa media qurumları Google-a qarşı 2,1 milyard avro dəyərində təzminat tələbi ilə məhkəməyə müraciət ediblər. Avropa mərkəzli hüquq firmaları Geradin Partners və Stek tərəfindən edilən açıqlamada, 17 ölkədən 30-dan çox Avropa media təşkilatının Google-a qarşı məhkəmə prosesi başlatdığı bildirilib.
Açıqlamada, işin Hollandiyanın Amsterdam Rayon Məhkəməsinə aparıldığı, Google-un reklam texnologiyası tətbiqlərinin rəqabətə zidd olduğu iddia edildiyi və təxminən 2,1 milyard avro təzminat tələb edildiyi ifadə edildi.
Açıqlamada Fransanın rəqabət qurumunun Google-un 2021-ci ildə reklam texnologiyası sahəsində dominant mövqeyindən sui-istifadə etdiyini müəyyən etdiyi, Avropa Komissiyasının isə 2023-cü ildə eyni məsələ ilə bağlı etiraz bəyanatı dərc etdiyi vurğulanıb.
“Əgər Google öz dominant mövqeyindən sui-istifadə etməsəydi, media şirkətləri reklamdan əhəmiyyətli dərəcədə yüksək gəlir əldə edər və reklam texnologiyası xidmətləri üçün daha aşağı ödənişlər ödəyərdi”, - deyə bəyanatda bildirilir.