USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyada ixrac aşağı düşüb

04.03.2024 İqtisadiyyat
0 0
Pul köçürmələrindəki problemlər səbəbindən ticarətinin getdikcə çətinləşdiyi Rusiyaya ixracda itki ilin ilk iki ayında 37%-ə çatıb.

Pul köçürmələrindəki problem səbəbindən ticarətdə çətin günlər yaşandığı Rusiyaya ixrac itkisi ilin ilk iki ayında 37 faizə çatıb. Eyni dövrdə Müstəqil Dövlətlər Birliyinə ixrac da 13,6 faiz azalıb. Rusiyada biznesin sürətlə inkişaf etdiyi vaxtlarda gəmilərə sərmayə qoyan gəmi sahibləri ixrac yüklərinin azalması səbəbindən tədarük şoku yaşayır.

Ukrayna Müharibəsindən sonra zirvəyə çatan Türkiyə-Rusiya ticarəti ilin əvvəlindən başlayan pul köçürmə problemlərinə görə ilin ikinci ayında itkilər yaşadı. Ticarət Nazirliyinin xarici ticarət məlumatlarına görə, fevral ayında Rusiyaya ixrac keçən ilin eyni ayına görə yüzdə 34 azalaraq 670 milyon dollara çatıb. Belə ki, Rusiya ötən ilin fevralında Türkiyənin ən çox ixrac etdiyi 4-cü ölkə olduğu halda, bu ilin fevralında 8-ci yerə düşüb. Yanvar-fevral aylarını əhatə edən iki aylıq ümumi ixracata baxdığımızda Rusiyaya ixrac keçən ilin ilk iki ayına görə yüzdə 37 azalaraq 1 milyard 298 milyon dollara gerilədi. Sözügedən ölkəyə ixrac yanvar ayında yüzdə 39 azalaraq 631 milyon dollara çatıb. Yanvar ayında Rusiyadan idxalda yüzdə 20 daralmanın ardından fevral ayında yüzdə 1-lik cüzi bir azalma müşahidə edildi. Bu ölkədən iki aylıq idxal ötən ilin yanvar-fevral dövrü ilə müqayisədə 8 faiz azalaraq 8 milyard 480 milyon dollar olub.

  • Əvvəlki

    Üç ölkədən neft hasilatı ilə bağlı qərar

Digər xəbərlər

20.05.2024 İqtisadiyyat
Brent markalı neft bahalaşıb
0 0
20.05.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
17.05.2024 İqtisadiyyat
Şengen böhranı böyüyür
0 0
17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0
16.05.2024 İqtisadiyyat
Çinin qlobal ticarətə təsiri
0 0