USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Üç ölkədən neft hasilatı ilə bağlı qərar

04.03.2024 İqtisadiyyat
0 0
Səudiyyə Ərəbistanı, Əlcəzair və Küveytin könüllü olaraq neft hasilatını azaltmasını daha 3 ay uzadacaqları açıqlanıb. ​

Bildirilib ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupuna daxil olan Səudiyyə Ərəbistanı və Küveyt neft hasilatının azaldılmasını daha 3 ay müddətinə uzatmağa qərar verib.

Səudiyyə Ərəbistanı Energetika Nazirliyinin rəsmisi tərəfindən verilən açıqlamada neft hasilatının könüllü olaraq kəsilməsinin iyun ayının sonuna qədər uzadıldığı və gündəlik 9 milyon barrel hasilatın ediləcəyi bildirilib.

Əlcəzair Energetika Nazirliyindən verilən açıqlamada neft hasilatının kəsilməsi ilə bağlı məlumat verilib.

Açıqlamada Əlcəzairin gündəlik neft hasilatını 51 min barrel azaldacağı bildirildi və gündəlik hasilatın 908 min barrelə çatacağı gözlənildiyi qeyd edildi.

Küveyt Xəbər Agentliyi (KUNA) könüllü kəsimin iyunun sonuna qədər təxirə salındığını və 135 min barrel azalaraq gündəlik 2 milyon 413 min barrel neft hasil ediləcəyini açıqlayıb.