USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

HSBC Türkiyə üçün inflyasiya proqnozunu artırıb

14.03.2024 İqtisadiyyat
0 0
HSBC 2024-cü ilin sonu üçün Türkiyə üçün inflyasiya proqnozunu 47,9 faizdən 49,4 faizə yüksəldib. 2025-ci il üçün inflyasiya gözləntiləri 29 faiz səviyyəsində qalıb.

Seçkilərdən sonra siyasətində böyük dəyişiklik nəzərdə tutmayan HSBC Türkiyə üçün inflyasiya gözləntilərini yenidən nəzərdən keçirib.

Bloomberg HT-də yer alan xəbərə görə, HSBC CEEMEA İqtisadçısı Melis Metiner tərəfindən hazırlanan 14 Mart tarixli nota görə, bank 2024-cü il sonu inflyasiya proqnozunu yüzdə 47,9-dan yüzdə 49,4-ə yüksəldib. 2025-ci il üçün inflyasiya gözləntiləri 29 faiz səviyyəsində qalıb.

Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) son inflyasiya hesabatında 2024-cü il sonu gözləntisi yüzdə 36 olaraq təyin olundu.

HSBC 2024-cü il üçün siyasət faizi gözləntisini yüzdə 45 səviyyəsində saxlasa da, artım ehtimalına da diqqət çəkib. Bank inflyasiya proqnozlarını nəzərə alaraq, yalnız 2025-ci ilin birinci rübündə faiz dərəcələrinin azaldılması üçün imkanların olduğunu bildirib.

İqtisadiyyatda yumşaq enişin prioritet olmağa davam edəcəyini proqnozlaşdıran HSBC, "Bu, balanssızlıqların yavaş-yavaş bərpa ediləcəyi anlamına gəlir. Daha da sərtləşdirmə iqtisadiyyatın daha tez soyumasına kömək edəcək, lakin biz daha mərhələli bir yanaşma gözləməyə davam edirik" dedi.