USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BVF yeni prezidentini seçəcək

14.03.2024 İqtisadiyyat
0 0
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası fondun növbəti rəhbərinin seçilməsi prosesinə başlanıldığını və prosesin aprelin sonunadək başa çatdırılmasının planlaşdırıldığını açıqlayıb.

BVF prezidenti Kristalina Georgiyevanın 5 illik səlahiyyət müddəti sentyabrın 30-da başa çatdığından, fond yeni prezidentin seçilməsi ilə bağlı açıqlama verib.

Açıqlamada BVF-nin İcraçı Direktorlar Şurasının növbəti prezidentin seçim prosesinə başladığı bildirilib.

Bəyanatda yeni prezidentin Fondun Qubernatoru və ya İcraçı Direktoru tərəfindən irəli sürülə biləcəyi və əvvəlki təcrübələrdə olduğu kimi yekdil qərarın alınacağı və prosesin aprel ayının sonunadək başa çatdırılmasının nəzərdə tutulduğu bildirilib.

"İcraçı Direktorlar Şurası qlobal maliyyə sisteminin mərkəzində fondun idarə edilməsi üçün tələb olunan qlobal mövqeyə malik uğurlu namizədə verdiyi əhəmiyyəti vurğulayır", - bəyanatda deyilir.

Georgieva ikinci müddətə prezident olmaq istəyir

Georgieva keçən həftə BVF rəhbərliyində ikinci müddətə xidmət etmək istədiyini açıqladı.

Dünən Avropa Birliyinə (Aİ) üzv ölkələrin maliyyə nazirləri də Georgiyevanın daha bir müddət BVF-nin rəhbəri olmasını dəstəklədiklərini açıqlayıblar.

Ənənəvi olaraq BVF-nin prezidentini Avropa ölkələri, Dünya Bankının prezidentini isə ABŞ müəyyənləşdirir.