USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

JPMorgan unsiya qızıl üçün yeni hədəf təyin etdi

14.03.2024 İqtisadiyyat
0 0
JPMorgan-ın qlobal əmtəə araşdırmaları rəhbəri bu il qızılın unsiyasının 2500 dollara çatacağını gözləyir.

JPMorgan Chase & Co. Bankın qlobal əmtəə araşdırmaları rəhbəri Nataşa Kanevaya görə qızıl əmtəə bazarlarında 1 nömrəli seçimdir və qiymət bu il bir unsiya üçün 2500 dollara çatmaq potensialına malikdir.

"Biz inanırıq ki, 2,500 dollar bir ehtimaldır, çünki bazar həddən artıq həyəcanlanmağa meyllidir", - deyə Kaneva bildirib.

Bu qiymət hədəfinə nail olmaq üçün Kaneva, "inflyasiya və məşğulluq rəqəmlərindəki ılımlılığın davam etdiyini və FED-in həqiqətən də faiz dərəcələrini aşağı saldığını təsdiqləməliyik" dedi.