USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əhalinin kreditlərə cəlb olunması əsas məqsəddir - RƏSMİ

23.07.2018 İqtisadiyyat
0 0
Maliyyə Nazirliyi əhali üçün kredit şərtlərini asanlaşdıracaq.

"Kommersant" xəbər verir ki, Rusiyanın Maliyyə Nazirliyindən verilən məlumata görə, nazirlik əhaliyə federal kreditlərin satış şərtlərini asanlaşdırmağı düşünür. Belə ki, dövlət mövcud şərtlərlə bazarın inkişafının mümkünsüz olacağını düşünür. Bu barədə məlumatı maliyyə nazirinin müavini Sergey Storçak verib.

Storçak bildirib ki, bazar artıq tükənib və bankları ödənişlərdən azad etmək dövlətin ata biləcəyi son addım idi. O addımın əhalinin kreditlərə marağını artırmaq üçün atıldığını və müsbət nəticə verəcəyindən əmin olduqlarını bildirib.