USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Yuanda devalvasiya yoxdur"

23.07.2018 İqtisadiyyat
0 0
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Geng Shuang ölkənin sağlam iqtisadi əsaslarının yuana dəstək olduğunu, bu səbəbdən Çinin ixracını artırmaq məqsədilə devalvasiyaetmək niyyətlərinin olmadığını deyib.

Pekində bir brifinqdə Trampın Çin Yuanı ilə bağlı sözləriniə cavab verən sözçü, Çin yuanının dəyərinin bazarlarda müəyyən olunduğunu bildirib.

Çinin pul vahidində iki fərqli qiymət mexanizmi var. Çin daxilindəki "onshore" əməliyyatlarda Çin Mərkəzi Bankı yuanın dəyəri üçün hər gün bir nisbət müəyyən edir və yuan bu nisbətdən 2 faiz aşağı, ya da yuxarı alınıb-satıla bilər. Çin xaricində "Offshore" yuanın qiyməti isə sərbəst müəyyən edilsə də, Çin Mərkəzi Bankının istinad məzənnəsi ətrafında alınıb-satılır.

Çin Yuanı dollar qarşısında 6 həftə ərzində dəyər itirərək son bir ilin ən aşağı səviyyələrinə geriləmişdi.

ABŞ Prezidenti Donald Tramp Çinin məzənnələri manipulyasiya etdiyini, yuanın dəyərinin düşdüyünü söyləmişdi.

  • Əvvəlki

    Əhalinin kreditlərə cəlb olunması əsas məqsəddir - RƏSMİ

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0