USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bankın sədri qərar - İMZALADI

05.04.2024 İqtisadiyyat
0 0
Mərkəzi Bankın İdarə Heyəti “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nın təsdiq edib.

Kommersant.az xəbər verir ki, AMB sədri Taleh Kazımov bu barədə qərar imzalayıb.

Qeyd edilib ki, bu Qayda sığorta ehtiyatlarını təmin edən aktivlərin diversifikasiya səviyyəsi, etibarlılığı, investisiyaya yönəldilməsi, rentabelliyi, likvidliyi, tərkibi və digər keyfiyyət meyarları nəzərə alınmaqla, sığorta ehtiyatlarının tərkibini, formalaşdırılması və sığorta ehtiyatlarında təkrarsığortaçıların payının hesablanması qaydalarını, həmçinin katastrofik risklərin meyarlarını tənzimləyir. İcbari sığorta növləri üzrə sığorta ehtiyatları “İcbari sığortalar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla bu Qaydaya uyğun olaraq hesablanır.