USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

TikTok rekord qırır: Ən çox satılan məhsullar

05.04.2024 İqtisadiyyat
0 0
Çində fəaliyyət göstərən sosial media tətbiqi TikTok internetin ən böyük mağazasına çevrilib. İmitasiya məhsulları da daxil olmaqla bir çox məhsulun satıldığı TikTok Shop-un artıq 4 milyard dollar gəlir əldə etdiyi təxmin edilir.

TikTok sosial media platforması TikTok Shop mağazası satışa çıxdıqdan altı ay sonra saxta məhsullar da daxil olmaqla 1 milyard dollardan çox məhsul satıb.

Forbes jurnalında yer alan xəbərə görə, "Tokyo" adlı istifadəçi yüzlərlə istifadəçinin qatıldığı canlı yayımda "ağız baxımına" kömək edəcəyini iddia etdiyi məhsulu 7,49 dollara satıb.

ABŞ-da da satışa çıxarılan bu məhsul 2023-cü ilin sentyabrından bu yana 11 milyon dollardan çox satış əldə edib.

Amerika Diş Həkimləri Assosiasiyası, istehlakçıların gündə iki dəfə ağzında 2-10 dəqiqə silkələmək məcburiyyətində qaldıqları məhsulun sübut olunmuş tibbi faydası olmadığını açıqlayıb.

TikTok Shop-da ən çox satılan məhsullar

TikTok Shop-da ən çox satılan məhsullar arasında "sağlamlıq əlavələri" və saxta qulaqlıqlar olub. Təqlid məhsulların çox satıldığı TikTok Shop-da avtomobil hava təravətləndiricilərinin “bərbər dükanı” və “meyvəli taxıl” kimi qoxuları olduğu iddia edilib, 5,35 dollar qiymətlə 729 min ədəddən çox satılıb. Qiyməti 18 dollar olan "Sürpriz 3D Dragon Egg" 150 min ədəddən çox satılıb.

  • Əvvəlki

    Azərbaycanda kiçik məbləğli ödəniş alətləri üçün meyarlar müəyyənləşib

Digər xəbərlər