USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BVF-dən 1 milyon faiz inflyasiya proqnozu

24.07.2018 İqtisadiyyat
0 0
Latın Amerikasının neftlə zəngin ölkəsi Venesuela hiperinflyasiya, ərzaq və dərman qıtlığı ilə mübarizə aparır.

"Kommersant" xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) Venesuela üçün 1 milyon faizlik inflyasiya artımı proqnozu verib.

BVF, 2018-in sonuna qədər Venezsuelada inflyasiyanın 1 milyona faizə çatmasını gözlədiklərini açıqlayıb.

BVF, Venesueladakı vəziyyəti 1923-cü ildəki Almaniyaya bənzədib.

BVF-nin hazırladığı hesabatda, "Almaniyada 1923-də, ya da 2000-ci illərin sonunda Zimbabvedə baş verən vəziyyətin bənzərini 2018-in sonuna qədər Venesuelada baş verməsini, inflyasiyanın 1 milyon faizə qalxmasını gözləyirik" deyilib..