USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərişıq” bir kəndin transformatorunu dəyişə bilmir

24.07.2018 Hadisə
0 0
Bir aydır Kürdəmir rayonun Dəyirmanlı və Yenikənd kəndlərinin transformatoru qismən sıradan çıxıb. Sakinlər dəfələrlə “Azərişıq” dövlət şirkətinə müraciət etsələr də, problem həllini tapmır.

Kənd sakinləri bildiriblər ki, transformatorun bloklarından biri sıradan çıxıb və onun tamamilə yenilənməsinə ehtiyac var. Bu səbəbdən evlərə verilən elektrik enerjisinin gücü 130-150 voltdur. Belə bir gərginlik ilə ev cihazlarını işlətmək mümkün deyil, elektrik lampaları közərir.

Son bir ay ərzində dəfələrlə “Azərişıq”a müraciətdən sonra dünən rayon elektrik şəbəkəsinin nümayəndələri kəndə baş çəkiblər.

Sakinlərin sözlərinə görə, “Azərişıq”ın nümayəndələri bildiriblər ki, hazırda yeniləmək üçün transformatora malik deyillər. Əgər kənd sakinləri 700 manat yığıb versələr transformatorun yenilənməsini təşkil edə bilərlər.

Marja

Reallıq budur ki, havanın daha isti olduğu Kürdəmirdə əhali əziyyət çəkir, soyuducu və kondisioner kimi vacib cihazları işlədə bilmirlər.