USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-da işsizlik müraciətləri gözləntiləri üstələyib

13.06.2024 İqtisadiyyat
0 0
ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 8 iyunla bitən həftədə gözləntiləri aşaraq 242 minə yüksəldi.

ABŞ Əmək Departamenti işsizlik müavinəti müraciətləri ilə bağlı həftəlik məlumatları açıqlayıb. Buna görə ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı, 8 İyunda bitən həftədə bir əvvəlki həftəyə görə 13 min adam artaraq 242 minə çatdı.

2023-cü ilin avqust ayından bəri ən yüksək səviyyəni qeyd edən işsizlik müavinəti müraciətləri ilə bağlı bazar gözləntisi, müraciət sayının 225 min olacağı idi.

Bir əvvəlki həftəyə aid işsizlik müavinəti müraciətlərinin sayı isə 229 min idi.

Keçən həftə etibarilə 4 həftəlik işsizlik müavinəti müraciətlərinin sayı ortalama 4 min 750 artaraq 227 minə yüksəldi.

Davam edən işsizlik müavinəti müraciətlərinin sayı 1 İyun ilə bitən həftədə 30 min adam artaraq 1 milyon 820 minə çatdı.

  • Əvvəlki

    Türkiyə və İspaniya enerji keçidində əməkdaşlıq edəcək

Digər xəbərlər

15.07.2024 İqtisadiyyat
Sabah 40 dərəcə isti olacaq
0 0
14.07.2024 İqtisadiyyat
Bitcoin yenidən 60 min dolları keçib
0 0
13.07.2024 İqtisadiyyat
Avroda “siyasi qeyri-müəyyənlik” riski
0 0