USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tesla səhmdarlarından Maskın maaş paketinə razılıq

14.06.2024 İqtisadiyyat
0 0
Tesla səhmdarları CEO İlon Maskın yanvar ayında ləğv edilən çoxmilyardlıq maaş paketini yenidən təsdiqləyiblər.

Teslanın Texas ştatının Ostin şəhərində keçirilən illik səhmdarlar yığıncağında İlon Maskın maaş paketi və şirkətin Texasa köçməsi ilə bağlı səsvermələr açıqlanıb.

Səhmdarlar həm Maskın maaş paketinin, həm də Teslanın Texasa köçürülməsi təkliflərinin lehinə səs verdilər.

Yanvar ayında Delaver Məhkəməsinin hakimi Kathaleen McCormick, Maskın təxminən 56 milyard dollar dəyərində maaş paketinin "şirkətin idarə heyəti tərəfindən ədalətsiz olaraq təyin edildiyi" səbəbiylə ləğv edilməsinin yolunu təmizləyib.

X hesabında mövzu ilə bağlı bir paylaşım edən Elon Musk, "Heç vaxt Delaver əyalətində şirkətinizi qurmayın" dedi. Daha sonra o, şirkəti Texas ştatına köçürmək planını açıqladı.

Bu ilin əvvəlində təxminən 56 milyard dollar dəyərində olan ödəniş paketi Teslanın səhmlərindəki dəyər itkisi səbəbindən bir qədər azaldı.

  • Əvvəlki

    ABŞ-da işsizlik müraciətləri gözləntiləri üstələyib

Digər xəbərlər

15.07.2024 İqtisadiyyat
Sabah 40 dərəcə isti olacaq
0 0
14.07.2024 İqtisadiyyat
Bitcoin yenidən 60 min dolları keçib
0 0
13.07.2024 İqtisadiyyat
Avroda “siyasi qeyri-müəyyənlik” riski
0 0