ABŞ Nümayəndələr Palatasında Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) alt komitəsinin ilk iclasında departamentin rəhbəri İlon Mask demokratların hədəfinə çevrilib.
Respublikaçı konqresmen Marjorie Taylor Greene-nin sədrliyi ilə keçirilən dinləmədə demokratlar Maskı “xərcləri azaltmaq üçün qanunu pozmaqda” ittiham ediblər.
Demokrat Melanie Stansbury ABŞ prezidenti Donald Tramp və Maskı "ehtiyatsızcasına və qeyri-qanuni" olaraq federal hökuməti dağıtmaqda, federal agentlikləri bağlamaqda, federal işçilərini ixtisar etməkdə və maliyyəni kəsməkdə ittiham edib.