USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa Birliyi Rusiyaya qarşı - YENİ SANKSİYALAR

31.07.2018 İqtisadiyyat
0 0
AB Rusiyanın 6 şirkətinə qarşı sanksiyalara başlayıb.

"Kommersant.az" xəbər verir ki, Avropa Birliyinin rəsmi jurnalında dərc olunan məlumata görə, AB 6 rus şirkətinə qarşı sanksiyalara başlayıb. Belə ki, Avropa Birliyi Kerç körpüsünün inşasını Rusiyanın Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozmaq fonunda atdığı növbəti addım kimi qiymətləndirir.

Bu səbəbdən də AB "Stroygazmontazh-Most", "VAD", "Zaliv" gəmiqayırma zavodu, "Mostotrest" PJSC, "Giprostroymost" İnstitutu, "Stroygazmontazh - SGM Group" şirkətlərinin sıxışdırılmasına başlayıb. Ümumilikdə isə, AB sanksiyalar siyahısına daxil olan təşkilatların cəmi sayı artıq 44-ə çatıb.