USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DGK və DSX arasında işçi görüş keçirilib

31.07.2018 İqtisadiyyat
0 0
Dövlət Gömrük Komitəsi (DGK) və Dövlət Sərhəd Xidmətinin (DSX) nümayəndələri arasında işçi görüş keçirilib.

DGK-dan "Kommersant.az"-a verilən məlumata görə, nümayəndə heyətlərinə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev və Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi, general-mayor Abbas Xəlilov rəhbərlik ediblər.
Görüşdə İ.Babayev “Gömrük-sərhəd buraxılış məntəqələrində işin daha da təkmilləşdirilməsi və sürətli keçidin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Komitə sədrinin müvafiq sərəncamı ilə yaradılmış işçi qrupu və onun fəaliyyəti barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, işçi qrupa DSX ilə birlikdə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi zamanı yaranan və gələcəkdə yarana biləcək problemlərin dərhal və operativ qaydada araşdırılaraq həll edilməsi, sərhəd-keçid məntəqələrinin fəaliyyət xüsusiyyətləri və infrastrukturu nəzərə alınmaqla gömrük orqanları və sərhəd xidməti arasında fəaliyyəti nizama salan razılaşma sənədinin hazırlanması, sərhəd-keçid məntəqələrində birgə nəzarət və səlahiyyət bölgüsü ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməsilə bağlı təkliflərin hazırlanması həvalə olunub.
Müzakirə zamanı hər iki xidmət tərəfindən vətəndaş məmnunluğunu təmin etmək üçün sərhəd-keçid məntəqələrində “Yaşıl dəhliz” prinsipinin tətbiqini daha da genişləndirilməsini, risklərin idarə olunması prinsipi əsasında mal və nəqliyyat vasitələrinin yoxlanılmasını və texnoloji innovasiyalardan istifadəni təmin etməklə gömrük nəzarətinin həyata keçirilməsi, surətli, eyni zamanda təhlükəsiz sərhəd buraxılış məntəqələrinin işinin daha da təkmilləşdirilməsi qərara alınıb.
Sonra görüşdə bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

  • Əvvəlki

    Tariflərin artması sərnişindaşıma sahəsində xidmət yüksəlməsinə müsbət təsir göstərəcək

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0