USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

CNN: Şəki - Azərbaycanın karvanlar və xanlar şəhəri

31.07.2018 İqtisadiyyat
0 0
Azərbaycan neftlə məşhurlaşmamışdan əvvəl ipək və ədviyyatla tanınıb

"Kommersant.az"ın Trend-ə istinadən məlumatına görə, bu barədə CNN-də dərc edilən məqalədə deyilir.
Məqalədə bildirilir ki, Avropa ilə Asiyanın kəsişməsində yerləşən, Xəzər dənizi və Qafqaz dağları ilə hüdudlanan ölkə Şərqlə Qərbi əlaqələndirən İpək yolunun mühüm hissəsi olub:
"İpək yolu üzərində, Azərbaycanın şimal-qərbində yerləşən Şəki beynəlxalq ipək mərkəzi olub. Bu gün bu şəhər orta əsr memarlığı ilə Azərbaycanın ən gözəl şəhərlərindən biridir".

Qeyd olunur ki, Şəkinin əsas görməli yeri Şəki xanlarının sarayıdır:
"18-ci əsrdə tikilmiş ikimərtəbəli binanın zəngin daxili və xarici görünüşü var. Bu ideal və simmetrik şah əsərin tikintisində Rusiya oduncağı, Fransa şüşəsi və Osmanlı dulusçuluq məhsullarından istifadə olunub".
Məqalədə o da vurğulanır ki, fasad "şəbəkə" adlanan müxtəlif rəngli şüşələrdən ibarət olan və mismar və yapışqan istifadə olunmadan hazırlanan mozaikadan ibarətdir:
"Sarayın daxilində altı otaq çiçəklər, fauna, ov və döyüş səhnələrini əks etdirən qəliz freskalarla örtülüb".

  • Əvvəlki

    DGK və DSX arasında işçi görüş keçirilib

Digər xəbərlər