USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ticarət balansının müsbət saldosu artıb

01.08.2018 İqtisadiyyat
0 0
"2018-ci ilin 7 ayında Brent markalı neftin orta qiyməti 71,7 dollar təşkil edib, ötən ilin müvafiq dövrünə nisbətən neftin qiyməti 37%-ə qədər artıb".

"Kommersant.az" APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, qlobal iqtisadi aktivlik qiymət artımını dəstəkləyən başlıca amillərdəndir.

E.Rüstəmov bildirib ki, 2018-ci ildə qlobal iqtisadi aktivlik 3,9% səviyyəsində proqnozlaşdırılıb ki, bu da ötən illə müqayisədə daha yüksəkdir.

"Azərbaycan ticarət tərəfdaşları qrupunda isə iqtisadi artımın orta hesabla 3,3% təşkil edəcəyi proqnozlaşdırılır. Ərzaq qiymətləri ilin əvvəlinə nisbətən 2,7% artıb. İyun ayında isə ilk dəfə olaraq dünya ərzaq qiymətlərində azalma qeydə alınıb. Qeyri-neft sahəsinin ixrac potensialının yüksəlməsi və dünya bazarında əlverişli neft qiymətləri xarici sektorunun yaxşılaşması ilə müşahidə olunur. 2018-ci ilin birinci yarısında ticarət balansının müsbət saldosu 2,2 dəfə, ixrac 64%, o cümlədən qeyri-neft ixracı 14% artıb. Ticarət balansı ilə yanaşı, xidmət ixracı və pul baratlarının daxilolmalarında pozitiv dinamika qorunmaqdadır. Xarici ticarət balansının profisiti artsa da son dövrlərdə idxalın yüksək templə artması müşahidə edilir. Bu ilin 6 ayında idxal 37,6%, qeyri-neft idxalı isə 38,5% artıb. Ümumi ticarət balansında 4 milyard dollar müsbət saldo, qeyri-neft sektoru üzrə 8,1 milyard dollarlıq mənfi saldo formalaşıb", - deyə E.Rüstəmov vurğulayıb.

  • Əvvəlki

    "Azərbaycanda ictimaiyyətə açıq kadastr sisteminin formalaşacağına inanmıram" - EKSPERT

Digər xəbərlər