USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kreditləşmədə artım qeydə alınıb - RƏQƏMLƏR

01.08.2018 Bank
0 0
"Kredit aktivliyi tədricən bərpa olunmaqdadır".

"Kommersant.az" APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ilin əvvəlindən kredit portfeli 375 milyon manat və ya 3,3% artıb.

"O cümlədən ev təsərrüfatına verilən kreditlər 4,7% artıb. İstehlak kreditlərinin portfeldə payı 46% olub", - deyə Elman Rüstəmov vurğulayıb.