Azərbaycan Mərkəzi Bankı (AMB) 5 may tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Kommersant.az AMB-yə istinadən xəbər verir ki, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək, 1.7000 manat olub.
Manata nəzərən avronun məzənnəsi isə 1.9274 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.0441 manat, 100 Rusiya rublu 2.0529 manat olub.