Ötən həftə ərzində “Dated Brent”, “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan” və “Urals” (EX NOVO) markalı xam neftin orta qiymətində azalma qeydə alınıb.
Kommersant.az xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 3,34 ABŞ dolları və ya 4,9% azalaraq 65,2 dollar/barel təşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 67,21 dollar/barel, minimum isə 63,63 dollar/barel olub.
Ötən həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 63,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 3,33 ABŞ dolları və ya 5% azdır. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 65,47 dollar/barel, minimum isə 61,97 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,91 ABŞ dolları və ya 5,5% azalaraq 50,26 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 52,54 dollar/barel, minimum isə 48,65 dollar/barel olub.
Ötən həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 4,42 dollar və ya 6,5% ucuzlaşaraq 63,25 dollar/barelə bərabər olub. Həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 65,68 dollar/barel, minimum isə 61,41 dollar/barel təşkil edib.