USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qazaxıstanın ehtiyatları 104,7 milyard dollara çatır

14.05.2025 İqtisadiyyat
0 0
Qazaxıstan Mərkəzi Bankının rəhbəri Süleymenov ehtiyatların 104,7 milyard dollara yüksəldiyini və inflyasiyanın 8,6 faizə düşdüyünü açıqlayıb.

Qazaxıstan Milli (Mərkəzi) Bankının sədri Timur Süleymenov Facebook hesabında verdiyi açıqlamada 2023-cü ildə 9,8 faiz olan inflyasiyanın 2024-cü ildə 8,6 faizə endirilməsinə nail olduqlarını bildirib.

Qlobal qeyri-sabitliyə baxmayaraq, ölkənin beynəlxalq ehtiyatlarının 104,7 milyard dollara çatdığını qeyd edən E.Süleymenov xüsusilə qızıl-valyuta ehtiyatlarının 27,5 faiz artaraq 45,8 milyard dollara çatdığını bildirib.

Süleymenov qeyd edib ki, Mərkəzi Bank hazırda rəqəmsal maliyyə infrastrukturunun inkişafına diqqət yetirir və dövlət resurslarından istifadədə şəffaflığın təmin edilməsi üçün pilot layihələrin həyata keçirilməsini planlaşdırır.