USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-ın ardınca Avropa Birliyi də Suriyaya qarşı sanksiyaları qaldırır

20.05.2025 İqtisadiyyat
0 0
ABŞ-ın ardınca Avropa Birliyi də Suriyaya qarşı sanksiyaları ləğv etməyə hazırlaşır. Avropa İttifaqı Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı ilkin razılığa gəlib. Diplomatik mənbələrin məlumatına görə, qərar Suriyanın bərpasına dəstək məqsədi daşıyır. Rəsmi açıqlamanın gün ərzində Brüsseldə veriləcəyi gözlənilir.

ABŞ-ın ardınca Avropa İttifaqı (Aİ) də Suriyaya qarşı sanksiyaların ləğvi istiqamətində irəliləyir. AFP-nin diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Aİ-yə üzv olan 27 ölkənin nümayəndələri çərşənbə axşamı keçirilən görüşdə məsələ ilə bağlı ilkin razılığa gəliblər.

Bu gün Brüsseldə bir araya gələn Aİ xarici işlər nazirlərinin qərarı rəsmən açıqlaması gözlənilir. Qərarın Suriyanın yenidən qurulması prosesinə töhfə vermək və regional sabitliyi təşviq etmək məqsədi daşıdığı bildirilir.

İclasdan əvvəl çıxış edən Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, indi sanksiyaların ləğvi qaçılmaz olub.

Avropa İttifaqının Suriyaya qarşı sanksiyaları
Aİ Suriyaya qarşı ilk dəfə 2011-ci ildə vətəndaş müharibəsinin başlamasından sonra sanksiyalar tətbiq edib.

  • Əvvəlki

    Rusiya iş dünyası iqtisadiyyat üçün “resessiya” barədə xəbərdarlıq edir

Digər xəbərlər

04.07.2025 İqtisadiyyat
Qızıl qiymətləri yüksəlir
0 0
04.07.2025 İqtisadiyyat
Türkiyə FAO şurasına üzv seçildi
0 0