USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

21.05.2025 İqtisadiyyat
0 0
Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Kommersant.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Belə ki, Sabunçu rayonu, Nardaran qəsəbəsində qaz xətlərinin hava kompressor vasitəsilə kipliyə sınaq olunması məqsədilə 21.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Abşeron, Piryolu, İstiqlaliyət küçələri, eləcə də Yeni və Bağlar yaşayış sahələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.