USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan buğda idxalına çəkdiyi xərci 50%-dən çox artırıb

21.05.2025 İqtisadiyyat
0 0
Cari ilin yanvar-aprel aylarında Azərbaycana 419,1 min ton buğda idxal edilib.

Kommersant.az bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda məhsulun idxalına çəkilən xərc 90,5 milyon ABŞ dolları olub.

Buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 152,5 ton və ya 57,2%, dəyər ifadəsi ilə 30,8 milyon ABŞ dolları, yaxud da 51,6% artıb.

Belə ki, 2024-cü ilin ilk 4 ayında Azərbaycana 266,6 min ton miqdarında, 59,7 milyon ABŞ dolları dəyərində buğda idxal edilmişdi.

Hesabat dövründə idxal olunmuş buğda ümumi idxalın 1,11%-ini təşkil edib.