USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tariflərin ləğvi qərarından sonra neftin qiyməti qalxıb

29.05.2025 İqtisadiyyat
0 0
Trampın ABŞ-da tarifləri ləğv etməsi beynəlxalq bazarlarda neftin qiymətini artırıb.

Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 65,14 dollara satılır.

Ötən gün 65,01 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 64,32 dollarla bağladı. “Brent” markalı neftin bir barelinin qiyməti bu gün saat 09:35-ə olan bağlanış qiyməti ilə müqayisədə 1,27 faiz artaraq 65,14 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir bareli 62,49 dollardan alıcı tapıb.

ABŞ-da məhkəmənin Prezident Donald Trampın tariflərinin əksəriyyətinin qüvvəyə minməsinin qarşısını almasından sonra neft qiymətləri yüksəlib.

ABŞ Beynəlxalq Ticarət Məhkəməsi dünən verdiyi qərarda prezident Donald Trampın digər ölkələrə tətbiq etdiyi tariflərdə qanuni səlahiyyətlərini aşdığına və bu tariflərin tətbiqinin qarşısını almağa qərar verib. Bununla belə, məhkəmə Trampın avtomobil, polad və alüminium sektorları üçün fərqli bir qanun çərçivəsində tətbiq etdiyi sektoral tarifləri qiymətləndirmədi.

Son zamanlar tariflərlə bağlı narahatlıqlar böyüməyə mənfi təsir göstərdiyi üçün bazarlarda üstünlük təşkil etsə də, bu qərar qlobal bazarlarda risk iştahını artırıb.

  • Əvvəlki

    Tramp tarifləri blokladığı üçün mis yüksəlir

Digər xəbərlər

30.05.2025 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0