USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan nefti - BAHALAŞIB

02.07.2025 İqtisadiyyat
0 0
İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,51 ABŞ dolları və ya 0,7% artaraq, 72,52 dollar/barel təşkil edib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,51 dollar və ya 0,72% bahalaşaraq 71,21 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,53 dollar və ya 0,95% artaraq, 56,32 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,55 dollar və ya 0,8% artaraq, 68,71 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

  • Əvvəlki

    Bu günə olan valyuta məzənnələri

Digər xəbərlər