USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DGK yeni pilot layihənin tətbiqinə başlayıb

03.08.2018 İqtisadiyyat
0 0
Kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsinin Azərbaycanın İranla dövlət sərhədində yerləşən Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postuna səfəri təşkil edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) "Kommersant.az"a verilən məlumata görə, məqsəd media nümayəndələrinə gömrük prosedurlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) ilə idarə olunmasını, sərhədkeçmə prosesini, gömrük nəzarəti prosedurlarını əyani şəkildə nümayiş etdirmək, bu proseslərin icrası zamanı şəffaflığın tam təmin edildiyi barədə bilgiləndirmək olub.
Məlumat verilib ki, gömrük postunda bütün proseslər informasiya-kommunikasiya texnologiyalarının tam tətbiqi ilə minimum vaxt ərzində, asan və şəffaf şəkildə həyata keçirilir. Ölkənin gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı xüsusi müşahidə kameraları ilə VAİS-ə daxil edilir və nəqliyyat vasitəsinin çəkisi müəyyən edildikdən sonra “bir pəncərə” sistemi vasitəsilə qeydiyyat işləri qısa zamanda başa çatdırılır. Fiziki baxış keçirildikdən sonra isə mexaniki-elektron kilidlə (GPS) təmin edilən nəqliyyat vasitəsi təyinat gömrük orqanına yola salınır və bu proses avtomobil və yükə dair sənədlər qaydasında olduğu halda qısa vaxt ərzində yekunlaşdırılır.
Daha sonra media nümayəndələri idxal sərnişin xəttindəki proseslərlə tanış olub və burada həyata keçirilən gömrük prosesləri barədə məlumatlandırılıb.

“Qoşa Təpə” gömrük postunda bəzi hallarda müşahidə olunan sıxlıqların səbəbləri də jurnalistlərə izah olunub. Bildirilib ki, səbəb bəzi günlərdə hər iki istiqamətdə sərnişin axınının normadan artıq olması və fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarının tələbləri pozularaq qanunvericilikdə nəzərdə tutulandan çox ərzaq məhsullarının və digər malların gömrük sərhədindən keçirilməsinə cəhdlərin edilməsidir.
Eyni zamanda, “Qoşa Təpə” gömrük postunda DGK-nın yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesini daha da sürətləndirmək məqsədilə yeni pilot layihənin tətbiqinə başladığı diqqətə çatdırılıb.
“Bir inspektor - bir nəqliyyat vasitəsi” prinsipinə əsaslanan layihə “bir pəncərə” sistemi çərçivəsində reallaşdırılır. Layihəyə əsasən, bir nəqliyyat vasitəsinə aid olan prosedur bir inspektor tərəfindən həyata keçirilir və proses ümumilikdə 10-15 dəqiqəyə başa çatdırılır. Əvvəl isə 1 nəqliyyat vasitəsinin qeydiyyat proseduruna 4 və daha çox gömrük əməkdaşı cəlb olunurdu. Üstəlik, yeni layihə çərçivəsində qeydiyyat prosedurunun başa çatması sürücünün elektron imzası ilə təsdiqlənir.
Yeniliklərdən biri də budur ki, əvvəl gömrük qaydalarını pozan nəqliyyat vasitələri üzrə tətbiq edilən cərimələri yalnız banklar vasitəsilə ödəmək mümkün idisə, hazırda “ASAN Pay” və digər elektron ödəmə sistemləri vasitəsilə də ödənişləri həyata keçirmək olur.

  • Əvvəlki

    SOCAR: "Cənub Qaz Dəhlizi" 7 ölkəni 12 fərqli investorla birləşdirəcək

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0