USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

MATE Universiteti Azərbaycanda filial açmaqda maraqlıdır - Nazir

23.09.2025 İqtisadiyyat
0 0
MATE Universiteti Azərbaycanda filial açmaqda maraqlıdır.

Kommersant.az xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günündə bildirib.

Onun sözlərinə görə, qlobal investorların və tərəfdaşların maraq göstərdiyi digər bir sahə isə Azərbaycanda mövcud insan kapitalıdır: "Biz təhsilə böyük investisiyalar qoyuruq. Məsələn, İtaliyadakı universitetlə strateji tərəfdaşlıq əsasında yeni ali təhsil müəssisəsi açılıb. Bundan başqa, Macarıstanın MATE Universiteti Azərbaycanda filial açmaqda maraqlıdır".

"Strateji tərəfdaşlıqlar inkişafda əsas rol oynayır və biz inanırıq ki, məhz bu tərəfdaşlıqlar vasitəsilə Azərbaycan investisiyalara cəlb olunacaq", - deyə nazir vurğulayıb.