Artan sərnişin tələbatını qarşılamaq üçün 29 sentyabrdan başlayaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.
Bu barədə Kommersant.az-a ADY-dən məlumat verilib.
“Qatar həftəiçi günlər hər iki istiqamətdə hərəkət edəcək.Bundan əlavə, Bakı-Qazax-Bakı marşrutu ilə ənənəvi qrafiklə hər gün səfər edə bilərsiniz. Biletiləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz”, - məlumatda qeyd edilib.