USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

1 iyul 2025-ci il tarixinə Azərbaycana idxal olunmuş neftin ümumi həcmi açıqlandı

25.09.2025 İqtisadiyyat
0 0
Azərbaycanın ümumi neft idxalı 1 iyul 2025-ci il tarixinə 6,2 milyon ton təşkil edib.

Kommersant.az xəbər verir ki, bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya – Neft emalı, Neft-kimya, Ticarət və Logistika” mövzusunda konfransda çıxışında danışıb.

O qeyd edib ki, Azərbaycan 2016-cı ildən neft idxal edir və əsas tədarükçülər Rusiya, Qazaxıstan və Türkmənistandır.

İlham Şabanın sözlərinə görə, 2025-ci ilin yanvar–iyun aylarında idxal 728 min ton olub, 2024-cü ildə – 1,8 milyon ton, 2023-cü ildə – 1,9 milyon ton, 2022-ci ildə – 673 min ton, 2021-ci ildə – 89,7 min ton, 2020-ci ildə – 180 min ton, 2016-cı ildə isə 167,5 min ton təşkil edib.

O əlavə edib ki, yaxın perspektivdə dünya iqtisadiyyatındakı qeyri-sabitlik Xəzər dənizi hövzəsi ölkələrinin iqtisadiyyatına təsir göstərəcək, regiondakı bütün dövlətlər hasilatçı olaraq qalacaq, lakin onların emal gücü fərqlidir. Bəzi ölkələr yanacaq idxalından asılıdır, "yaşıl" gündəm hələ region üçün aktual deyil və neft məhsulları ticarəti güclənəcək.