USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın sığorta bazarı böyüyüb

26.09.2025 İqtisadiyyat
0 0
Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1,048 milyard manat sığorta haqqı toplanılıb.

Kommersant.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 120 milyon manat və ya 12,9% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 603,414 milyon manat təşkil edib.
Bu isə illik müqayisədə 105,1 milyon manat və ya 21,1% çoxdur.